четверг, 3 февраля 2011 г.

Peygember (s.a.v.)-Heyati Haqqinda Qisa Melumat


Peyğember (s.a.v)-in anadan olması:
Ereblerin ehvalatı Miladın 571-ci ilinde olmuşdu. Bundan 50 gün sonra, Rebiülevvel ayının 12-ci gecesi Mehemmed (s.a.v) dünyaya geldi. Onun doğulduğu sabah alem başqa bir alem idi. Chan nurla dolmuşdu. Atası Abdullah bir az evvel vefat etdiyinden yegane oğlunu göre bilmedi. Anası Emine nur topu kimi bir oğlan doğunca babası Abdumütellib böyük bir ziyafet verdi. Qureyşin ulularını devet eledi. Eziz nevesine ne ad qoyduğunu soruşanlara: -Mehemmed ismini verdim, dedi: Onlar: -Ataların arasında bu adı daşıyan yoxdur, bu adı qoymaqda meqsedin nedir? Deye soruşdular. -ümid edirem ki, onu göyde Haqq, yerde xalq daha çox medh edib, onunla fexr edecekle, deye cavab verdi. Peyğember (s.a.v) anadan olduğu gece bir çox qeyri-adi hallar meydana geldi. Tarixçiler bunları qeyd edirler: 'O gece İranda Kisranın sarayında sütunlar yıxıldı. Mecusilerin tapınmaq üçün (ibadet etmek üçün) yanan od-ocaqları söndü, Sava gölü batdı...''. Heqiqeten de, irelide İran selteneti yıxılacaq, Bizans imperatorluğu dağılacaq, bütperestlik sönecekdir.

Peyğemberin (s.a.v) soyu
Mehemmed (s.a.v) Qureyşin köklü ailesindendir. Soyu Hezreti İbrahime bağlanır. Atası Abdullah Haşim oğullarından olub, Abdulmütellibin en sevimli övladı idi. Anası Emine Zöhre oğullarındandır (neslindendir). Her ikisi de Mekkeli olub, bir neçe köynek sonra soyları birleşir.

Peyğember (s.a.v) süd anasının yanında
Mekke esilzadelerinin bir adeti var idi. Uşaqlarını etrafdakı qebilelerden süd analarına verib baxdırırdılar. çünki Mekkenin havası isti olduğundan, uşaqlara çox yaramırdı. Mekke etrafında yaşayan qebileler zaman-zaman gelib emizdirmek üçün uşaq alırdılar. Sad qebilesinden olan Helime adında bir qadın emizdirmek üçün Mehemmedi (s.a.v) almaq istedi. Ancaq yetim olduğunu öyrenince tereddüd eledi. çünki bir yetimi emizdirmeyin o qeder de xeyirli bir iş olmayacağını bilirdi. Ancaq sonradan bu yetimi gördüyüne çox sevindi. çünki bu yetim uşaq ona çox uğur qetirdi. Helime Onu öz övladından çox sevirdi. Seyme adındakı qızı da Mehemmedi (s.a.v) çox sevirdi. Onunla bacı-qardaş kimi dolanırdı. Daima beraber oynayırdılar. Bütün aile üzvleri bu yetim uşaqdan razı idi. Helimenin eri Haris bir defe bele dedi: - Helime bu uşağın ayağı bize düşdü. O, evimize ayaq basandan beri, davarımızın südü, südümüzün yağı çoxaldı. Evimize bereket geldi. Elimiz düzeldi. Men bu uşaqda bir başqalıq (qeyri-adilik) hiss esirem. Peyğemberimiz (s.a.v) süd anasını çox sayırdı. Helime ona maş çekdiyi zaman, onu 'Anacığım'' deyerek qarşılayar, ona çox hörmet gösterirdi. Bu aileye daima yardım etmişdir. Peyğember (s.a.v) Xedice (r.a) ile evlendikden sonra, Mekke etrafında qıtlıq olmuşdu. Helime Mekkeye gelerek Peyğember (s.a.v)-i tapdı. Yanında bir deve, 40 baş qoyunla çöle, qebilesinin yanına qayıtdı. Bunları ona Peyğember (s.a.v) bağışlamışdı. Mehemmed (s.a.v) süd anasını buraxıb Mekkeye, ailesinin yanına geldi. Ansı Emine ile sadiq xidmetçileri ümmü Eymen Onun üstünde esirdiler. Onu esen külekden bele qoruyurdular.

Medineye ziyaret
Peyğember (s.a.v)-in anasının Medinede qohumları var idi. Hem onları ziyaret etmek, hem de yetim övladına üzünü görmek qismet olmadığı atasının mezarını ziyaret etdirmek meqsedi ile Medineye getdi. Peyğemberimiz (s.a.v) o zaman 6 yaşında idi. Dayıların yanında bir aya qeder qonaq qaldılar. Atasının mezarını ziyaret ederken, yetim olamğın acısı bir daha tezelendi. Müsafirlik bitince anası, uşağı, yanlarında da sadiq xidmetçileri ümmü Eymenle Mekkeye getmek üçün yola çıxdılar. Ata yurdunu qızğın çölleri aşaraq dönecekdiler. Bir axşam yene üfüqde güneş batarken, Medineden 23 mil cenubda yerleşen Ebva kendine geldiler. Geceni orada keçirdiler. Burada ana xestelendi. Son deqiqelerini yaşadığını anladı. Yegane övladını şefqet dolu gözleri ile süzdürdükden sonra öpdü, öpdü; parçalanan bağrına basaraq analığın bütün duyğuları ile onu oxşadı. Bütün duyğularını ona vermek isteyirdi. Hele anasının boynundayken atasını itiren bu uşaq, indi de anasından mehrum olacaqdı.bu acını bütün varlığı ile hiss eden ana, oğlunun mesum üzüne baxa-baxa bu anlamda bir şey söyledi: 'Her şey köhnelecek ve her şey yox olub gedecekdir. Men de öleceyem, ancaq bunun üçün qem yemirem, çünki temiz bir uşaq doğdum, dünyaya bir böyük xeyirli varlıq buraxdım...'' Bu sözlerden sonra gözlerini yumdu. ümmü Eymen uşağı götürerek Mekkeye qayıtdı.

Mehemmed (s.a.v) Ebu Talibin himayesinde
Bundan sonra Mehemmed (s.a.v)-i babası Abdulmütellib yanına aldı ve Ona o baxdı. Peyğemberimiz (s.a.v) iki il onun yanında qaldı. 8 yaşına gelmişdi. Abdulmütellibin son günleri yaxınlaşmışdı. O da uşağı oğlanlarından, birine tapşırmaq üçün, onları yanına çağırdı. Ebu Lehebe bele dedi: - Sen zenginsen, ancaq qelbinde merhemet hissi yoxdur. Uşaq da yetim olduğuna göre üreyi onsuz da yaralıdır. Sen ona yaxşı baxmazsan. Senin kobud münasibetinden uşaq inciyer, üzüler. Ona göre de uşağı sene etibar ede bilmerem. İxtiyar baba bu sözlerinde haqlı idi. Peyğemberimiz (s.a.v) heyatı boyu bu kobud qelbli, daşürekli adamdan neler çekdi. Ebu Leheble Ebu Cehl onun een sert düşmenleri oldular. İxtiyar Baba sonra oğlu Abbasa döndü: - Bu işe sen layiqsen, ancaq ailen böyükdür Ebu Talib söze qarışdı: - Atacan menim servetim azdır, ancaq üreyim yumşaqdır. Qardaşım Abdullahın oğluna baxmağa izin vermeyin üçün sene minnetçi düşerem, -dedi. Ve belelikle Mehemmed (s.a.v) emisi Ebu Talibin himayesine girdi. Peyğemberimiz (s.a.v) 12 yaşlarında iken bir müddet Ebu Talibin qoyunlarını güddü. Bir defe qoyunlarını yoldaşlarına tapşıraraq Mekkeye endi. Başqa hemyaşdıları kimi eylenceye qoşulmaq istedi. Yolda bir toyla rastlaşdı. Toyu seyr ederken yuxuladı ve oradaca yatdı. Belece eylenceden zövq ala bilmedi. O, cahil adetleri onsuz da xoşlamazdı. Onun xoşladığı şeyler çox böyük mahiyyetler daşıyırdı. Qoyun otararken qurdların sürüye girib qoyunları qapdığını görüb. Bundan ibret dersi aldı.

Suriyaya ticaret seyaheti
Emisi Ebu Talib ticaretle meşğul idi. Bir seferinde Mehemmed (s.a.v)-i de yanında götürdü. Şamın yaxınlığındakı Büsra qesebesine yetişdiler. Burada Bahira adlı bir keşişle qarşılaşdılar. Bahira gemc oğlanı görünce, onun son Peyğember olduğunu bildi ve Ona: - Senden bir şey soruşacağam Lat ve Uzza haqqı doğru söyle, -dedi: O da: - Lat ve Uzzaya and verme, çünki menim dünyada en nifret etdiyim şey bütlerdir, -dedi. Bahira soruşduqlarını soruşdu, bildikleri aldığı cavablarla uyğun gelirdi. Ebu Talibe dönerek: - Bu uşaq son Peyğember olacaqdır. Şam yehudileri arasında onun xsusiyyetlerini bilen, elametlerini tanıyanlar vardır. Ola biler ki, Ona xeyanet etsinler. Sen Onu Şama aparma, -dedi. Buna göre Ebu Talib alış-verişin burada edib, Şama getmekden vaz keçdi.

Ticaret heyatına atılması Qureyşin etibarlı qadınlarından olan Xedice (r.a) bezi adamlara sermaye verib ticaretde onlarla ortaqlıq edirdi. Ebu Talibin teklifi ile Xedice (r.a) Mehemmed (s.a.v)-e de sermaye vererek, onu kölesi Meysere ile Suriyaya böyük bir karvan ile ticarete yolladı.
Bu seyahet zamanı ticaret ümid edildiyinden daha çox karlı oldu. üç ay davam eden bir seyahetden döndükleri zaman, Mekkeye yaxınlaşanda Mehemmed (s.a.v) karvanın önünde gedirdi. Xedice onu qarşıladı, aparılmış ticaretin neticesinden razı qaldı. O zamanlarda hele bu qeder qazanan olmamışdı. Xedicenin onun ticaret işlerindeki temizliyine etibarı tam idi. Qohumlar vasitesile Xedicenin Mehemmed (s.a.v) ile aile qurması qerarlaşdırıldı.

Xedice ile evlenmesi
Peyğember (s.a.v) o zaman 25 yaşında idi. Xedicenin qırxa yaxın idi. Nigah merasimi adeti üzre Xedicenin evinde oldu.
Yeni qurulan bu yuvada mesud bir heyat başladı. Peyğember (s.a.v)-in milleti arasında etibarı çox yüksek idi. Mekkeliler Ona Mehemmedül-Emin adını vermişdiler. İster aile, isterse de cemiyyet heyatında Onun feziletden, şerefden ayrıldığı esla görünmemişdir.

Peyğember (s.a.v)-in övladları
Peyğember (s.a.v)-in aile seadeti anadan olan uşaqları ile bir qat daha da artdı. üç oğlan, dörd qız olmaqla yeddi övladı dünyaya geldi. İbrahimden başqa, hamısı Xedice (r.a)-den idi.
Oğlan uşaqları Qasim, Abdullah ve İbrahim.
Qız övladları ise Zeyneb, Ruqiyye, ümmü Gülsüm, Fatimetüz-Zehra (r.a)-dir. Qasim ilk övladıdır. Qızlarının hamısı böyüdü ve hamsını öz eli ile gelin etdi. En böyük qızı olan Zeynebi Ebu Asa ere verdi. Ruqiyye Osman (r.a)-e ere getdi. O öldükden sonra ise Osman (r)-in arvadı ümmü-Gülsüm oldu. Kiçik qızı Fatime (r.a) hicretden sonra Eli ibn Ebu Talib (r.a.)-e ere getdi. Fatime (r.a)-den başqa bütün övladları Peyğember (s.a.v)-den sonra vefat etdiler.
Peyğember (s.a.v) ailesini ve uşaqlarını çox sevirdi. Qırx yaşına girdiyi vaxtda, Uca Allah terefinden özüne Peyğemberlik geldi. Bütün mexluqata Peyğember olduğu Olduğu Uca Allah terefinden bildirildi. Cebrayıl (e.s) vasitesiyle Uca Alla terefinden ayetler, emirler, hökümler gelmeye başladı. Bundan sonra 13 il Mekkede indanları haqq dine çağırdı.
Peyğemberlik iddiasında doğru olduğunu isbat etmek üçün bir çox möcüzeler gösterdi. İlk önce insanlara 3 il gizli İslamı tebliğ etdi. Ondan sonra Uca Allahın emri ile işi açığladı. Her kesi açıq-aşkar İslam dinine devet etdi.

Açıq devet
İlk Müselmanlar Qureyşlilerin İslamiyyete qarşı düşmençiliklerini bildikleri üçün, dinlerini gizli saxlayırdılar. Bu veziyyet üç il davam etdi. Artıq İslama açıq devet etmeyin vaxtu gelib çatmışdı. Bu menada ayeler nazil olmağa başladı:
'Yaxın qohumlarını ayılt, möminlerden sene tabe olanlara rehmet ve himaye qanadlarını endir. Eger sene asi olub qarşı durarlarsa, onlaraç Men sizin işlediklerinizden temamile uzağam, de.'' (Şura suresi, aye:214-216)
'Sene emr olunanı açıqdan açığa beyan et. Bütperestlerden üz çevir.'' (Hicr-94)
Peyğember (s.a.v) vehyin bu emrine emel ederek, Abdulmütellib ailesini, emileri Ebu Talib, Abbas, Hemze, Ebu Leheb de daxil olmaqla evine ziyafete devet etdi. Yemekden sonra söhbete başladı. Vaxtı gelince Peyğember (s.a.v) Allahdan olan emri qohumlarına söyleyerek, onları haqq dine-İslama devet etdi. Acıdil olan emisi Ebu Leheb o saat ortaya atıldı ve Onun sözünü keserek camaatı dağıtdı. Belelikle de, ilk devetinden emisi Ebu Leheb Peuğemberin qarşısına çıxdı.
Bir müddetden sonra, Peyğember (s.a.v) bir gün Safa tepesine çıxaraq:
- Ey Qureyş xalqı, deye seslendi. Onun sesini eşidenler oraya geldiler ve etrafında toplandılar. Peyğember (s.a.v) onlara:
- Size bu tepenin arxasında bir düşmen ordusu olduğunu desem inanarsınızmı? Deye soruşdu.
- Beli inanarıq, çünki senin yalan söylediyini heç hiss etmemişik, - dediler.
Peyğember (s.a.v) onlara:
- O halda sizi ayıldıram. Siz eger Allaha inanmasanız, böyük bir ezab-eziyyete düşersiniz dedikden ve qebile adlarını ayrı-ayrı söyledikden sonra xeberiniz olsun ki, Allah mene yaxı olan qebilemi qeflet yuxusundan ayıltmağı emr edir. Men sizin üçün ne dünya malı saxlamağa, ne de axiretde olacağınız nesibi hazırlamağa sahib deyilem. Bunlar sizin bir sözünüze bağlıdır. O da Allahdan başqa Allah yoxdur demeyinizdir, -dedi.
Dinleyenler arasında olan Ebu Leheb o saat ayağa qalxaraq:
- Günümüzü zeher etdin. Bizi buraya bunun üçünmü topladın, - dedi:
Bunun üçün de hemin yığıncaq bir netice vermedi. Bütperestler Osman (r.a) kimi Müselmanların ireli çıxanlarına bele ellerinden gelen eziyyeti vermekden çekinmirdiler. Hetta İslamın böyük peyğemberine (s.a.v) de el ve dil uzatmaq cüreti göstermişdiler. Peyğembere (s.a.v) en çox düşmençilik eden bunlardır.
Ebu Leheb - Peyğember (s.a.v)- in öz emisidir. İslamın en böyük düşmenidir. Arvadı ümmü Cemil ise Ebu Süfyanın bacısıdır. Eri kimi o da eli ve dili ile Peyğember (s.a.v)-e eziyyet verenlerdendir. Bu ikisi haqqında 'Mesed'' suresi enmişdir. Bedr zeferi bağrını çatdatdı ve öldü.
Ebu Cehl- Bu da Müselmanların en böyük düşmenlerindendir. Müselmanlar onun eliden ve dilinden neler çekmediler. İslama düşmençilik edenlerin çoxu ümeyye oğulları idi. çünki Emevi ve Haşim reqabeti köhnedir. Ebu Cehl ise Mahzum qebilesindendir. Onlar da reislik iddiasında idi.
Velid ibni Müqire, ümeyyi İbn Xelef, Ac İbn Vail İslama düşmençilikde qabağa düşenlerdendir. Sonuncu Peyğember (s.a.v)-in oğlu Qasim vefat etdiyi zaman, Mehemmed (s.a.v)-in nesli kesildi, deyerek lağ etmişdir. övlad ağrısı ile üreyi sızlayan bir ataya teselli vermek evezine, onu bele incitmek insanlıqdan kenar bir hereketdir.
Qureyşin ağsaqqalları Peyğember (s.a.v)-in Allah elçisi olduğunu bilirdiler. Ancaq hesed üzünden Ona qarşı çıxdılar. Onu Ebu Cehlin bu sözlerinden anlamaq olar:
Bir defe Ahne Ebu Cehlden İslamiyyet haqqındakı fikrini soruşdu. O da bele cavab verdi:
Bizimle Haşimiler arasında qedimden beri reqabet var, Şereşi bölüşe bölüşe bilmirik. Onlar ziyafet verirse, biz de veririk, onlar comerdlik gösterirse biz de gösteririk. Bir sözle, onlardan geri qalmırıq, indi onlardan biri özüne göyden Vehy geldiyini xeber verir. Biz indi ne edek? Vallahi bii onların Peyğemberine inanmırıq!...
Bu suretle 53 il Mekkede insanları haqq dıne devet etdi. 53 yaşında Allahın emriyle Medineye hicret etdi. Medineliler de Müselman oldular. Medinede 10 il yaşadı. Bu 10 il erzinde Medinede Allahın emrini yerine yetirmek, Müselmanlığı her terefe yaymağ ve insanları seadete qovuşdurmağ üçün dayanmadan çalışdı. Heç bir insanın döze bilmeyeceyi eziyyetler, aclığa, susuzluğa sebr etdi. Din düşmenleri iile bir çox müharibeler etdi. 21 defe özü şexsen müharibeye girdi, ve müharibede bir neçe erinden yaralandı, mübarek dişi qırıldı. Dayanmadan çalışaraq küfrü, bütperestliyi, zülmü, haqsızlığı, cahilliyi, exlaqsızlığı aradan qaldırdı. Dünyanı elm işığı ile aydınlığa çıxartdı. Edalet, heqiqi azadlığ musavat esaslarının qurdu. 63 yaşında iken Dünyasını deyişdi

Uca Allah hamımızı Ona ümid edib, dünya ve axiretde Onun yardımını ve şefaetini üzerimizden eksik etmesin
AMİN!

2 комментария:

  1. Salam aleykum qardash.Yazdiqiniza bir reddiyem var Xanim Zehra (s.a)Hazrati Peyqambar (s.a.v.v) sonra dunyasini deyishib yaxshi arashdirin.

    ОтветитьУдалить
  2. Salam! Niyyet gozeldir!
    caucasusgeography.blogspot.com

    ОтветитьУдалить